1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ağsu rayonunun Bico kəndində yeni çəkilən yol yararsız hala düşdüyü iddia edilir.
Oxu.Az xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə yolun bir hissəsinin sıradan çıxdığı qeydə alınıb.
Sakinlərin sözlərinə görə, həmin yolun asfaltlanmasında yapışdırıcı qır və qum örtüyündən istifadə olunmayıb:
"Avqustun 28-də səhər 11-də torpaqlanma işi başladı, saat 1-də yolun asfalt örtüyünün çəkilməsi başa çatdı. Yolun asfaltlanmasında yapışdırıcı qır və qum örtüyündən istifadə olunmayıb. 5.5 metr eni olan yola cəmi 3 metr enində, 1000 metr uzunluğunda asfalt örtüyü vurulub. Avqustun 30-da sözügedən yol yararsız hala düşüb".
Yolda yaranan vəziyyəti əks etdirən görüntünü təqdim edirik:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Oxu.Az-ın məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə yolun yenidən qurulması işləri tam yekunlaşmayıb.
Aygün Mirakif