Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci iclasında 20 sənəd imzalanıb.
Sinxua agentliyinin məlumatına görə, dövlət və hökumət başçıları Tiencin Bəyannaməsini imzalayıblar.
İmzalanan sənədlər arasında:
2035-ci ilə qədər İnkişaf Strategiyası
Üzv dövlətlərin 2026-2030-cu illər üçün ŞƏT məkanında ekstremist ideologiyaya qarşı mübarizə üzrə Əməkdaşlıq Proqramı
2030-cu ilə qədər Enerji Əməkdaşlığının İnkişafı Strategiyasının həyata keçirilməsinə dair Yol Xəritəsi
Laos Xalq Demokratik Respublikasına ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunun verilməsi
ŞƏT-in Müstəqil Dövlətlər Birliyində müşahidəçi statusu alması
“Şanxay Əməkdaşlıq Təşkilatının tərəfdaşı” statusu haqqında qərar
Qırğızıstanın Çolpon-Ata şəhərinin 2025-2026-cı illərdə ŞƏT-in turizm və mədəniyyət paytaxtı elan edilməsi
ŞƏT Baş katibinin səlahiyyətləri haqqında qərar
ŞƏT Katibliyinin Çin Xalq Respublikasında qalma şərtləri haqqında 2004-cü il 17 iyun tarixli Sazişə əlavə Protokol
ŞƏT Katibliyi və “Roskonqres” Fondu arasında Anlaşma Memorandumu
Təşkilatın Regional Antiterror Strukturunun 2024-cü ildə fəaliyyəti haqqında hesabat
Üzv dövlətlər arasında ŞƏT-in Narkotiklərlə Mübarizə Mərkəzi haqqında Saziş
Üzv dövlətlər arasında təhlükəsizlik çağırışlarına və təhdidlərinə qarşı mübarizə üzrə Universal Mərkəz haqqında Saziş
İkinci Dünya müharibəsinin bitməsinin və BMT-nin yaradılmasının 80-ci ildönümü ilə bağlı bəyanat
Rəqəmsal İqtisadiyyatda Əməkdaşlığın Gücləndirilməsi və Dayanıqlı Enerji İnkişafına dair bəyanatlar
“Yaşıl” sənaye sahəsində əməkdaşlığa dair saziş
Süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi haqqında bəyanat
Çoxtərəfli ticarət sisteminin dəstəklənməsi və dünya narkotik probleminin həlli haqqında bəyanat
Elmi, texnoloji və innovasiya sahəsində əməkdaşlıq haqqında saziş
Üzv dövlətlərin səlahiyyətli nazirlik və idarələrinin rəhbərlərinin davamlı inkişaf sahəsində investisiya əməkdaşlığının gücləndirilməsinə dair bəyanat
ŞƏT və Çin Xalq Respublikası Hökuməti arasında Katibliyin Çin Xalq Respublikasında qalma şərtləri haqqında Protokol