AZ

ŞƏT Dövlət Başçıları Şurasının 25-ci iclasında 20 sənəd imzalanıb

Tiencin. Trend:

Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı(ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci iclasında 20 sənədimzalanıb.

Trend xəbərverir ki, dövlət və hökumət başçıları Tiencin Bəyannaməsiniimzalayıblar.

İmzalanan sənədlər arasında 2035-ci ilə qədər İnkişafStrategiyası, təşkilata üzv dövlətlərin 2026-2030-cu illər üçün ŞƏTməkanında ekstremist ideologiyaya qarşı mübarizə üzrə ƏməkdaşlıqProqramı, 2030-cu ilə qədər Enerji Əməkdaşlığının İnkişafıStrategiyasının həyata keçirilməsinə dair Yol Xəritəsi, Laos XalqDemokratik Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoqüzrə tərəfdaşı statusunun verilməsi haqqında qərar, ŞƏT-in MüstəqilDövlətlər Birliyində müşahidəçi statusu alması haqqında qərar,“Şanxay Əməkdaşlıq Təşkilatının tərəfdaşı” statusu haqqında qərar,Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərinin 2025-2026-cıillərdə Şanxay Əməkdaşlıq Təşkilatının turizm və mədəniyyətpaytaxtı elan edilməsi haqqında qərar, sənədləri imzalamaqla bağlıŞƏT Baş katibinin səlahiyyətləri haqqında qərar, Şanxay ƏməkdaşlıqTəşkilatı Katibliyinin Çin Xalq Respublikasında qalma şərtlərihaqqında 2004-cü il 17 iyun tarixli Sazişə əlavə Protokol, ŞanxayƏməkdaşlıq Təşkilatının Katibliyi və “Roskonqres” Fondu arasındaAnlaşma Memorandumu; təşkilatın Regional Antiterror Strukturunun2024-cü ildə fəaliyyəti haqqında Regional Antiterror StrukturuŞurasının hesabatı, üzv dövlətlər arasında Şanxay ƏməkdaşlıqTəşkilatının Narkotiklərlə Mübarizə Mərkəzi haqqında Saziş, üzvdövlətlər arasında təhlükəsizlik çağırışlarına və təhdidlərinəqarşı mübarizə üzrə Universal Mərkəz haqqında Saziş, İkinci Dünyamüharibəsinin bitməsinin və Birləşmiş Millətlər Təşkilatınınyaradılmasının 80-ci ildönümü ilə bağlı bəyanat, Rəqəmsalİqtisadiyyatda Əməkdaşlığın Gücləndirilməsinə və Dayanıqlı Enerjiİnkişafına dair bəyanatlar, “yaşıl” sənaye sahəsində əməkdaşlığadair saziş, süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın dahada dərinləşdirilməsinə dair bəyanat, çoxtərəfli ticarət sisteminindəstəklənməsinə və dünya narkotik probleminin effektiv həlli və onaqarşı mübarizə haqqında bəyanatlar, elmi, texnoloji və innovasiyasahəsində əməkdaşlıq haqqında saziş, üzv dövlətlərin səlahiyyətlinazirlik və idarələrinin rəhbərlərinin davamlı inkişaf sahəsindəinvestisiya əməkdaşlığının gücləndirilməsinə dair bəyanatı, ŞƏT vəÇin Xalq Respublikası Hökuməti arasında Şanxay Əməkdaşlıq TəşkilatıKatibliyinin Çin Xalq Respublikasında qalma şərtləri haqqındaSazişə 17 iyun 2004-cü il tarixli Protokol var.

Seçilən
74
11
az.trend.az

10Mənbələr