AZ

Finlandiya və Estoniya arasında sualtı elektrik xətti sıradan çıxıb

  • Estoniya və Finlandiyanı birləşdirən “EstLink 1” sualtı elektrik ötürücü xəttində nasazlıq yaranıb.

Editor.az bu barədə İnterfaks-a istinadla yazıb.

Nasazlığın səbəbi Finlandiyada Espoo konvertor yarımstansiyasındakı nasazlıq olub.

Hadisədən sonra EstLink 1-in müvəqqəti bağlanmasına qərar verilib. Xəttin ən azı sentyabrın 1-də elektrik birjasında ticarət bağlanana qədər xidmətdən çıxması gözlənilir. Finqrid həmçinin qeyd edib ki, kəsilmə müddəti qeydə alınan nasazlığın detallarından asılı olaraq dəyişə bilər.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
168
editor.az

1Mənbələr