Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 500-ə çatıb.
“Reuters” xəbər verir ki, bu barədə ölkənin yerli mediası məlumat yayıb.
Yaralıların sayının min nəfəri keçdiyi vurğulanıb.
Qeyd edək ki, Əfqanıstanın Cəlalabad şəhərindən 57 kilometr şimal-şərqdə, yerin 35 kilometr dərinliyində 6,2 maqnitudalı zəlzələ baş verib.