Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinintəsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəriArzu Əliyeva Bilgəhdə sahilyanı təmizlik aksiyasında iştirakediblər.
Trend xəbər verirki, IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən aksiyadayüzdən çox könüllü iştirak edib. İməcilik zamanı toplanılan beştona yaxın tullantı “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişəttullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.
Aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayətolunmasını təbliğ etmək və insanları dənizətrafı mühitin mühafizəsiuğrunda birgə səylərə cəlb etməkdir.
Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər suhövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEAsahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş dayanıqlıfəaliyyətlər həyata keçirir.
IDEA İctimai Birliyi vətəndaşları çimərliklərdə istirahətedərkən ətraf mühitin mühafizəsinə həssas yanaşmağa, sahilləritəmiz saxlamağa, tullantıları ətrafa atmamaqla məsuliyyətlidavranış sərgiləməyə və yaranmış tullantıları ərazidə qoyubgetməməyə çağırır