Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bilgəhdə sahilyanı təmizlik aksiyasında iştirak edib.
IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən aksiyada yüzdən çox könüllü iştirak edib.
İməcilik zamanı toplanılan beş tona yaxın tullantı “Təmiz Şəhər”ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.
Aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək və insanları dənizətrafı mühitin mühafizəsi uğrunda birgə səylərə cəlb etməkdir.
Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş dayanıqlı fəaliyyətlər həyata keçirir.







10Mənbələr
-
news24.azLeyla və Arzu Əliyevalar təmizlik aksiyasında iştirak etdilər - FOTOLAR ( 20872633)
-
redaktor.azLeyla və Arzu Əliyevalar təmizlik aksiyasında iştirak etdi - FOTO ( 20876950)
-
operativmedia.azLeyla Əliyeva və Arzu Əliyeva Bilgəhdə təmizlik aksiyasında iştirak ediblər ( 20875414)
-
baki-xeber.comLeyla Əliyeva və Arzu Əliyeva Bilgəhdə təmizlik aksiyasında iştirak ediblər - FOTO ( 20875147)
-
demokrat.azLeyla Əliyeva və Arzu Əliyeva Bilgəhdə təmizlik aksiyasında iştirak ediblər — FOTOLAR ( 20874304)
-
cebheinfo.azLeyla Əliyeva və Arzu Əliyeva Bilgəhdə təmizlik aksiyasında iştirak ediblər ( 20873848)
-
news365.azLeyla Əliyeva və Arzu Əliyeva təmizlik aksiyasında ( 20873563)
-
day.azHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bilgəhdə təmizlik aksiyasında iştirak ediblər - FOTO ( 20873560)
-
azerbaijan-news.azLeyla Əliyeva və Arzu Əliyeva Bilgəhdə təmizlik aksiyasında iştirak ediblər ( 20873281)
-
turkic.worldHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bilgəhdə təmizlik aksiyasında iştirak ediblər ( 20873056)