AZ

Mingəçevirdə “Kürü keçək?!” açıq suda üzmə yarışı keçirilir

Mingəçevir şəhərində Kür çayının iki sahili arasında ənənəvi “Kürü keçək?!” açıq suda üzmə yarışı təşkil olunub.

90deqiqe.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir rəşadətli Azərbaycan Ordusunun Zəfərinin 5 illiyinə həsr olunub.

Artıq dördüncü dəfə baş tutan yarışda ölkənin bütün şəhər və rayonlarından 12 yaşdan yuxarı, üzmə bacarığına malik şəxslər iştirak ediblər. İştirakçılar hazırlıq səviyyəsinə uyğun olaraq iki əsas kateqoriya üzrə güclərini sınayıblar: “Peşəkarlar” 1050 metr məsafə, “Həvəskarlar” isə 350 metr məsafə qət ediblər.

Yarışlar həmçinin yaş qruplarına görə də bölünüb: 12-17, 18-23, 24-35, 36-55, 56-70 və 70+. Ən yaşlı iştirakçının isə 79 yaşı olub.

Bu il ilk dəfə olaraq 700 metr məsafəyə estafet yarışı da təşkil edilib ki, bu da yarışa əlavə rəng qatıb.

Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev çıxışında “Kürü keçək?!” yarışının gələcəkdə beynəlxalq səviyyədə keçirilməsinin planlaşdırıldığını bildirib.

Seçilən
130
2
90deqiqe.az

3Mənbələr