AZ

Ərdoğan ŞƏT sammiti üçün Çinə səfər edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Çinə səfər edib.

"Cebheinfo.az" xəbər verir ki, Ərdoğan ŞƏT-in Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısında iştirak etmək üçün Çinin Tyancin şəhərinə yola düşüb.

Ərdoğanın sentyabrın 1-i bazar ertəsi keçiriləcək genişləndirilmiş zirvə toplantısında çıxış edəcəyi gözlənilir.

Ərdoğan Çin dövlət başçısı Si Cinpin və digər liderlərlə də ikitərəfli görüşlər keçirəcək.

"Cebheinfo.az" 

Seçilən
115
13
cebheinfo.az

10Mənbələr