AZ

Ərdoğan ŞƏT sammiti üçün Çinə səfər edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Çinə səfər edib.

APA xəbər verir ki, Ərdoğan ŞƏT-in Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısında iştirak etmək üçün Çinin Tyancin şəhərinə yola düşüb.

Ərdoğanın sentyabrın 1-i bazar ertəsi keçiriləcək genişləndirilmiş zirvə toplantısında çıxış edəcəyi gözlənilir.

Ərdoğan Çin dövlət başçısı Si Cinpin və digər liderlərlə də ikitərəfli görüşlər keçirəcək.
Seçilən
127
50
sherg.az

10Mənbələr