“Abşeron Lions” basketbol klubu yeni mövsümə baş məşqçi Erhan Tokerlə davam edəcək. 

Offsideplus.az xəbər verir ki, Utkan Toker köməkçi məşqçi fəaliyyəti edəcək. Yığmamızın sabiq üzvü Anar Hacıyev karyerasını Abşeron təmsilçisində davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Fiziki hazırlıqda “Qalatasaray” təcrübəsi olan Haluk Üzümcü isə basketbolçuları ən yaxşı formada saxlamaq üçün çalışacaq.