2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 1,044 milyard manat təşkil edib.
Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 63,7 milyon manat və ya 6,5% artım deməkdir.
Yük daşımalarından gəlir:
- 2025-ci ilin birinci yarısında yüklərin daşınmasından 472,7 milyon manat gəlir əldə olunub, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31,3 milyon manat və ya 7,1% artım deməkdir.
- Yük daşımalarının həcmi 70,084 milyon ton təşkil edib, bu da 6,9% artım deməkdir.
Sərnişin daşımalarından gəlir:
- Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarından 571,1 milyon manat gəlir əldə olunub, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 32,3 milyon manat və ya 6% artım.
- Sərnişin daşımalarının həcmi 900,898 milyon nəfər olub, bu da 6,2% artım deməkdir.
Fuad Mədətov
Finss.az