AZ

2025-ci ilin ilk yarısında Azərbaycanın dəmir yolu nəqliyyatı gəlirləri 200,4 milyon manat təşkil edib

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın dəmir yolu nəqliyyatı ilə yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 200,4 milyon manat olub.

Finss.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,8 milyon manat və ya 8,2% azalma deməkdir.

Yük daşımalarından gəlir:

  • 2025-ci ilin birinci yarısında yüklərin daşınmasından 192,6 milyon manat gəlir əldə olunub, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,6 milyon manat və ya 9,7% azalma deməkdir.
  • Yük daşımalarının həcmi 8,4 milyon ton təşkil edib, bu da 9,4% azalma göstərir.

Sərnişin daşımalarından gəlir:

  • Dəmir yolu ilə sərnişin daşımalarından 7,829 milyon manat gəlir əldə olunub, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,8 milyon manat və ya 56,7% artım.
  • Sərnişin daşımalarının həcmi 4,6 milyon nəfər olub, bu da 20,7% artım deməkdir.

Fuad Mədətov
Finss.az

Seçilən
157
14
fins.az

10Mənbələr