AZ

İranın elektrik ixracı dayanıb

Ölkədə elektrik çatışmazlığı səbəbi ilə İranın elektrik ixracı, demək olar ki, sıfıra enib.

Day.Az-ın məlumatına görə, bunu İranın TAVANIR şirkətinin icra direktoru Mustafa Rəcəbi Məşhədi bu gün Tehranda jurnalistlərə verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, hazırda ölkənin su elektrik stansiyalarının elektrik istehsalı minimal səviyyədədir. Cari ayın 6 günündə su elektrik stansiyasında elektrik istehsalı 30 min meqavatt təşkil edib. Halbuki ötən ayda (23 iyul-22 avqust) su elektrik stansiyalarının elektrik istehsalı 95 min meqavatt təşkil edib.

Rəcəbi Məşhədi qeyd edib ki, su anbarlarında tədrici şəkildə su azaldığı üçün elektrik istehsalı da azalır. Hazırda "Karun 3" və "Karun 4" Su Elektrik Stansiyalarının fəaliyyəti dayandırılıb. Bu da ölkədə elektrik çatımazlığını daha da kəskinləşdirib.

Əlavə edək ki, bundan öncə İranın TAVANIR Şirkətinin icra direktorunun müavini Məhəmməd Allahdad bildirib ki, İranın elektrik idxalı elektrik ixracından 5 dəfə çoxdur. Belə ki, təkcə 12 avqustda İran təxminən 400 meqavatt elektrik idxal edib, 80 meqavatt elektrik ixrac edib.

Seçilən
0
2
day.az

3Mənbələr