AZ

İranın elektrik ixracı dayanıb

Bakı. Trend:

Ölkədə elektrik çatışmazlığı səbəbi ilə İranın elektrik ixracı,demək olar ki, sıfıra enib.

Trend-inməlumatına görə, bunu İranın TAVANIR şirkətinin icra direktoruMustafa Rəcəbi Məşhədi bu gün Tehranda jurnalistlərə verdiyiaçıqlamada deyib.

Onun sözlərinə görə, hazırda ölkənin su elektrik stansiyalarınınelektrik istehsalı minimal səviyyədədir. Cari ayın 6 günündə suelektrik stansiyasında elektrik istehsalı 30 min meqavatt təşkiledib. Halbuki ötən ayda (23 iyul-22 avqust) su elektrikstansiyalarının elektrik istehsalı 95 min meqavatt təşkil edib.

Rəcəbi Məşhədi qeyd edib ki, su anbarlarında tədrici şəkildə suazaldığı üçün elektrik istehsalı da azalır. Hazırda “Karun 3” və“Karun 4” Su Elektrik Stansiyalarının fəaliyyəti dayandırılıb. Buda ölkədə elektrik çatımazlığını daha da kəskinləşdirib.

Əlavə edək ki, bundan öncə İranın TAVANIR Şirkətinin icradirektorunun müavini Məhəmməd Allahdad bildirib ki, İranın elektrikidxalı elektrik ixracından 5 dəfə çoxdur. Belə ki, təkcə 12avqustda İran təxminən 400 meqavatt elektrik idxal edib, 80meqavatt elektrik ixrac edib.

Məqalədə:
Seçilən
1
2
az.trend.az

3Mənbələr