Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra turnirin əsas - Liqa mərhələsində iştirak edəcək bütün klubların adları məlum olub.
Xezerxeber.az xəbər verir ki, Liqa mərhələsində Türk dünyasını təmsil edəcək üç komandanı da görəcəyik - Azərbaycanın "Qarabağ", Qazaxıstanın "Kayrat" və Türkiyənin "Qalatasaray" klublarını.
Qeyd edək ki, Liqa mərhələsinin püşkatma mərasimi avqustun 28-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk turun oyunları 16-18 sentyabrda oynanılacaq. Reqlamentə əsasən, bu mərhələdə hər bir iştirakçı komanda 4-ü evdə, 4-ü səfərdə olmaqla, 8 matça çıxacaq.
Beləliklə, Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq 36 komanda aşağıdakılar olacaq:
"Qarabağ" - Azərbaycan
"Liverpul" - İngiltərə
"Arsenal" - İngiltərə
"Mançester Siti" - İngiltərə
"Nyukasl" - İngiltərə
"Tottenhem" - İngiltərə
"Çelsi" - İngiltərə
"Napoli" - İtaliya
"İnter" - İtaliya
"Atalanta" - İtaliya
"Yuventus" - İtaliya
"Barselona" - İspaniya
"Real" (Madrid) - İspaniya
"Atletik" - İspaniya
"Atletiko" - İspaniya
"Vilyareal" - İspaniya
"Bavariya" - Almaniya
"Bayer" - Almaniya
"Borussiya" (Dortmund) - Almaniya
"Ayntraxt" - Almaniya
PSJ - Fransa
"Olimpik" - Fransa
"Monako" - Fransa
"Ayaks" - Niderland
PSV - Niderland
"Benfika" - Portuqaliya
"Sportinq" - Portuqaliya
"Brügge" - Belçika
"Yunion" - Belçika
"Qalatasaray" - Türkiyə
"Slaviya" (Praqa) - Çexiya
"Olimpiakos" - Yunanıstan
"Pafos" - Kipr
"Budo/Qlimt" - Norveç
"Kayrat" - Qazaxıstan
"Kopenhagen" - Danimarka