AZ

"Qarabağ" 4-cü səbətdə - bütün səbətlər dəqiqləşib

Çempionlar Liqasının 2025/2026 mövsümündə Liqa mərhələsində çıxış edəcək 36 klubun adına aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, "Qarabağ"ı püşkatma zamanı yer alacağı səbət müəyyənləşib.

Bu gün Monakoda keçiriləcək püşkatma Azərbaycan çempionu 4-cü səbətdə yer alıb. Turnirin reqlamentinə görə, püşkdə Ağdam klubunun 4-ü evdə, 4-ü səfərdə olmaqla 8 rəqibi bəlli olacaq.

Mərasim saat 20:00-da start götürəcək.

Çempionlar Liqasının səbətləri:

1-ci səbət: PSJ (Fransa), "Real (İspaniya), Mançester Siti" (İngiltərə), "Bavariya" (Almaniya), "Liverpul" (İngiltərə), "İnter" (İtaliya), "Çelsi" (İngiltərə), "Borussiya D" (Almaniya), "Barselona" (İspaniya).

2-ci səbət: "Arsenal" (İngiltərə), Bayer" (Almaniya),​​ "Atletiko" (İspaniya), "Benfika" (Portuqaliya), "Atalanta" (İtaliya), "Vilyarreal" (İspaniya), "Yuventus (İtaliya), "Ayntraxt" (Almaniya), "Brugge" (Belçika).

3-cü səbət: "Tottenham" (İngiltərə), PSV, "Ayaks" (hər ikisi Niderland), "Napoli"(İtaliya), "Sportinq (Portuqaliya), "Slaviya" (Çexiya), "Olimpiakos" (Yunanıstan), “Bodo Qlimt” (Norveç), "Marsel" (Fransa).

4-cü səbət: “Kopenhagen” (Danimarka), "Monako" (Fransa), "Yunion" (Belçika), "Qalatasaray" (Türkiyə), "Qarabağ" (Azərbaycan), "Nyukasl" (İngiltərə), "Atletik" (İspaniya), “Kayrat” (Qazaxıstan), "Pafos" (Kipr).

İdman.biz

Seçilən
28
29
idman.biz

10Mənbələr