AZ

UEFA Çempionlar Liqası: “Qarabağ”ın rəqibləri müəyyən olundu

UEFA Çempionlar Liqasında Liqa mərhələsinə adlayan “Qarabağ”ın rəqibləri bəlli olub.

Oxu.Az xəbər verir ki, yarışın Liqa mərhələsinin püşkü Monako şəhərində atılıb.

Liqa mərhələsində “Qarabağ”ın səkkiz rəqibi olacaq. Bunlar “Çelsi” (evdə), “Liverpul” (səfərdə), “Ayntraxt” (evdə) “Benfika” (səfərdə), “Ayaks” (evdə), “Napoli” (səfərdə), “Kopenhagen” (evdə) və “Atletik Bilbao” (səfərdə) klublarıdır.

Ağdam təmsilçisi oyunlardan dördünü evdə, dördünü isə səfərdə keçirəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas raundunda ilk turun görüşləri sentyabrın 16-18-də təşkil olunacaq. Pley-off mərhələsinə fevralın 17-18-də start veriləcək. Final qarşılaşması isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə reallaşacaq.

Xatırladaq ki, ÇL-in əsas mərhələsində 36 komanda iştirak edəcək.

4 səbətdə yer alan bütün komandaların rəqiblərini təqdim edirik:

Seçilən
48
10
editor.az

10Mənbələr