AZ

ABŞ-da bayraqlar yarıya endirildi

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə və bütün ictimai binalarda bütün bayraqların avqustun 31-dək yarıya qədər endirilməsini əmr edib.

Publika.az xəbər verir ki, bu addım avqustun 27-də Minnesota ştatının Minneapolis şəhərində məktəbdə baş vermiş zorakılıq aktının qurbanlarına hörmət əlaməti olaraq atılıb.

Əmrə əsasən, ABŞ-ın xaricdəki səfirlik və konsulluqlarında və digər nümayəndəliklərin binalarında bayraqlar yarıyadək endirilib.

Seçilən
64
10
publika.az

10Mənbələr