AZ

“Qarabağ” Çempionlar Liqasında

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Bakıda “Ferentsvaroş”la üz-üzə gəlib.

Görüş saat 20:45-də start götürüb.

Gərgin keçən qarşılaşmada qapılara 5 top vurulub. Oyun qonaqların 3:2 hesablı qələbəsi iləbaşa çatsa da, ümumi hesabda üstün olan “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, “Qarabağ” ilk oyunda rəqibini 3:1 hesabıyla məğlub edib.

Beləliklə, iki görüşün nəticəsinə əsasən “Ferentsvaroş”u mübarizədən kənarlaşdıran “Qarabağ” tarixində ikinci dəfə bu uğura imza atıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv daha öncə 2017/2018 mövsümündə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə (əvvəlki adı ilə) yüksəlmişdi.
Seçilən
101
5
azpost.info

10Mənbələr