AZ

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan

Azərbaycanın yeniyetmə cüdoçusu Anar Quliyev (50 kq) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

"Report"un turnirə ezam olunan əməkdaşının məlumatına görə, o, üçüncü yer uğrunda qarşılaşmada yerli idmançı Svetelin Martinovu məğlub edib.

Məhəmmədəli Hüsiyev (55 kq) də bu gün bürünc medal uğrunda görüşə çıxacaq.

Xədicə Abdullayeva ilə Gülşən Hüseynova (hər ikisi 44 kq) əvvəlcə 1/4 finalda, ardınca təsəlliverici dueldə yeniliblər.

Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) 1/16 finalda məğlub olublar.

Qeyd edək ki, dünya çempionatında fərdi müvarizə avqustun 30-da bitəcək. Avqustun 31-də qarışıq komanda yarışı baş tutacaq.

Seçilən
11
5
xalqcebhesi.az

10Mənbələr