Azərbaycanın yeniyetmə cüdoçusu Anar Quliyev (50 kq) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Yenisabah.az xəbər verir ki, o, üçüncü yer uğrunda qarşılaşmada yerli idmançı Svetelin Martinovu məğlub edib.
Məhəmmədəli Hüsiyev (55 kq) də bu gün bürünc medal uğrunda görüşə çıxacaq. Dominos pizza
Xədicə Abdullayeva və Gülşən Hüseynova (hər ikisi 44 kq) əvvəlcə 1/4 finalda, ardınca təsəlliverici dueldə məğlub olublar.
Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) isə 1/16 finalda mübarizəni dayandırıblar.
Qeyd edək ki, dünya çempionatında fərdi mübarizə avqustun 30-da başa çatacaq. Avqustun 31-də isə qarışıq komanda yarışı keçiriləcək.
Telegram kanalımız