AZ

İsrail ordusu HƏMAS-ın təhlükəsizlik aparatının rəhbərini öldürdüyünü açıqlayıb

İsrail Müdafiə Ordusu HƏMAS-ın ümumi təhlükəsizlik aparatının rəhbəri Mahmud əl-Əsvadın Qəzza zolağının qərb hissəsində öldürüldüyünü bəyan edib.

Far.Az xəbər verir ki, ordunun mətbuat xidmətinin "X" sosial şəbəkəsində yaydığı məlumata görə, hərbi əməliyyatlar çərçivəsində HƏMAS-ın infrastruktur obyektləri hədəfə alınmağa davam edir.

Hadisə bölgədə gərginliyi artırıb və HƏMAS-ın cavab addımları gözlənilir.

Seçilən
32
far.az

1Mənbələr