İsrail Müdafiə Ordusu HƏMAS-ın ümumi təhlükəsizlik aparatının rəhbəri Mahmud əl-Əsvadın Qəzza zolağının qərb hissəsində öldürüldüyünü bəyan edib.
Far.Az xəbər verir ki, ordunun mətbuat xidmətinin "X" sosial şəbəkəsində yaydığı məlumata görə, hərbi əməliyyatlar çərçivəsində HƏMAS-ın infrastruktur obyektləri hədəfə alınmağa davam edir.
Hadisə bölgədə gərginliyi artırıb və HƏMAS-ın cavab addımları gözlənilir.