AZ

"Qalatasaray" "Spartak"ı məhkəməyə verə bilər

"Qalatasaray" müdafiəçi Karlos Kuestanı transfer etməkdən imtina edərsə, Rusiya klubu "Spartak"ı məhkəməyə və Beynəlxalq Futbol Federasiyasına (FİFA) şikayət etməyi düşünür.

Oxuməni.az xəbər verir ki, bu barədə jurnalist Osman Altunterim X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Mənbənin sözlərinə görə, Moskva klubu başqa futbolçu ilə maraqlandığı üçün Kuestanın transferini başa çatdırmaya bilər. Türkiyəli qrand müdafiəçinin transferi ilə bağlı artıq “Spartak”la razılaşıb və futbolçunun özü və menecerləri bir neçə gündür Rusiyadadır.

Vurğulanır ki, “Spartak” indi Kuesta ilə müqavilə imzalamaqdan imtina edərsə, böyük ehtimalla onun səhhətindəki problemlərlə bağlı müraciət edəcəklər. Lakin müdafiəçi artıq "Qalatasaray"ın mövsümöncəsi toplanışdan əvvəl bütün lazımi müayinələrdən keçib və tibbi rəy alıb. Mənbə qeyd edir ki, “Spartak” həqiqətən də bunu etsə, “aslanlar” məhkəməyə və FİFA-ya şikayət edəcək.

Almaz Həsənli

Seçilən
12
2
oxumeni.az

4Mənbələr