AZ

“Qalatasaray” “Spartak”ı məhkəməyə verəcək, əgər…

ain.az, Olke.az portalına istinadən məlumat verir.

“Qalatasaray” müdafiəçi Karlos Kuestanı transfer etməkdən imtina edərsə, “Spartak”ı məhkəməyə verməyi və Beynəlxalq Futbol Federasiyasına ( FIFA ) şikayət etməyi düşünür.

"Ölkə.az" xəbər verir ki, bu barədə jurnalist Osman Altunterim “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Mənbənin sözlərinə görə, Moskva klubu başqa futbolçu ilə maraqlandığı üçün Kuestanın transferini başa çatdırmaya bilər. Türkiyə nəhəngi müdafiəçinin transferi ilə bağlı artıq “Spartak”la anlaşıb və futbolçunun özü və menecerləri bir neçə gündür Rusiyadadır.

Vurğulanır ki, əgər “qırmızı-ağlar” indi Kuesta ilə müqavilə imzalamaqdan imtina etsələr, böyük ehtimalla, onun səhhətindəki problemləri bəhanə gətirəcəklər. Lakin müdafiəçi artıq “Qalatasaray”ın mövsümöncəsi toplanışdan əvvəl bütün lazımi müayinələrdən keçib və tibbi rəy alıb. Mənbə qeyd edir ki, “Spartak” həqiqətən də bunu etsə, “aslanlar” məhkəməyə və FİFA-ya şikayət edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
olke.az

3Mənbələr