AZ

Tramp ABŞ-də ölüm cəzasını bərpa etməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun administrasiyası ölkənin paytaxtında qətl hadisələrinə görə ölüm hökmünün bərpasına çalışacaq və bu siyasəti bütün ölkə daxilində genişləndirəcək.

Missiya.Az xəbər verir ki, bu barədə "NBC NEWS" məlumat yayıb.

Dövlət başçısı qeyd edib ki, əgər kimsə paytaxt Vaşinqtonda kimisə öldürərsə, biz ölüm cəzası tələb edəcəyik. 

ABŞ lideri belə bir siyasətin insanları qətl törətməkdən çəkindirəcəyini və ölüm cəzasının çox güclü bir önləyici olduğunu bildirib.

Nurlana ƏhmədovaMissiya.Az

 

Seçilən
9
missiya.az

1Mənbələr