AZ

KİV: İranla əlaqəli şəxslər təhlükə səbəbindən Qrossinin təhlükəsizliyi gücləndirilib

Avstriya rəsmiləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossiyə İranla əlaqəli şəxslər tərəfindən təhlükənin olduğunu göstərən kəşfiyyat məlumatlarına malikdir.

"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən xəbər yayıb.

AEBA-nın qərargahı Vyanada yerləşir. Müəyyən üçüncü tərəfdən Qrossi üçün təhlükə barədə məlumat aldıqdan sonra Avstriya hakimiyyəti onu gecə-gündüz artan mühafizə altında gəzdirməyə qərar verib.

İyunun sonunda agentlik rəhbərinin təhlükəsizliyinə Avstriya Daxili İşlər Nazirliyinin “Kobra” xüsusi təyinatlı dəstəsinin silahlıları təyin edilib.

Nəşrin mənbələrindən birinə görə, təhlükə İranla əlaqəli şəxslərdən gəlir. İkinci mənbəyə görə, təhlükə mənbəyi bilavasitə İranda yerləşir və Avstriya hakimiyyəti mövcud vəziyyətə çox ciddi yanaşır.

"Biz Avstriyanın “Kobra” dəstəsinin (döyüşçülər) ayırdığını təsdiqləyə bilərik, lakin təhlükənin mənbəyini təsdiqləyə bilmərik", - AEBA-nın sözçüsü Fredrik Dal “The Wall Street Journal”a deyib.

Seçilən
29
report.az

1Mənbələr