AZ

ABŞ Prezidenti Rusiyanı “iqtisadi müharibə” ilə hədələdi

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsi həll olunmayacağı təqdirdə Rusiya ilə “iqtisadi müharibəyə” hazır olduğunu bəyan edib.

 

O, bunu Ağ Evdə keçirilən, yutubda yayımlanan növbəti iclasda deyib.

 

Tramp əmin edib ki, III Dünya Müharibəsinin başlamasına imkan verməyəcək.

 

"Mən bunun dayanmasını istəyirəm. Bu, Dünya Müharibəsi olmayacaq, amma iqtisadi müharibə olacaq və iqtisadi müharibə pis olacaq, Rusiya üçün pis olacaq, bunu istəmirəm", - o, jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

Report

Tarix: 27 Avqust 2025, 02:22   
Seçilən
35
5
pravda.az

10Mənbələr