AZ

ÇL: “Kayrat” “Seltik”i penaltilərlə keçdi, Liqa mərhələsinə çıxdı!

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Günün maraqla gözlənilən matçlarından biri Qazaxıstanda baş tutub. “Kayrat” doğma meydanda Şotlandiya nəhəngi “Seltik”i qəbul edib. İlk oyunda olduğu kimi, bu oyunda da qapılara qol vurulmayıb. Əlavə vaxtda da heç nə dəyişmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Kayrat” sürprizə imza ataraq ÇL-in Liqa mərhələsində oynamaq hüququ əldə edib.

Digər oyunlar Kipr “Pafos”u “Srvena Zvezda”nı (Serbiya), “Bodo Qlimt” (Norveç) isə Avstriyanın “Şturm Qras” komandasını mübarizədən kənarlaşdırıb.

ÇL-in pley-off mərhələsinin cavab oyunlarına sabah yekun vurulacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları

26 avqust

Kayrat (Qazaxıstan) – Seltik (Şotlandiya) 0:0, penaltilər 3:2 (ilk oyun 0:0)

Pafos (Kipr) – Srvena Zvezda (Serbiya) 1:1 (2:1)

Şturm Qras (Avstriya) – Bodo Qlimt (Norveç) 2:1 (0:5)

27 avqust

20:45. Qarabağ (Azərbaycan) – Ferentsvaroş (Macarıstan) (3:1)
23:00. Benfika (Portuqaliya) – Fənərbağça (Türkiyə) (0:0)
23:00. Brügge (Belçika) – Reyncers (Şotlandiya) (3:1)
23:00. Kopenhagen (Danimarka) – Bazel (İsveçrə) (1:1)

Seçilən
16
arena.az

1Mənbələr