AZ

Xəzərdə güclü zəlzələ olub

Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

Missiya.Az Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Zəlzələ Azərbaycanın bir sıra şəhər və rayonlarında da hiss edilib.

Seçilən
12
3
missiya.az

10Mənbələr