Xəzər dənizi sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) xəbər verir.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.
Yeraltı təkanları Çeçenistan, Həştərxan, Azərbaycan və İran sakinləri də hiss ediblər.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.