AZ

Avstraliya ilə İran arasında gərginlik

Avstraliya

Avstraliya hökuməti İranın Kanberradakı səfirini və daha üç diplomatı ölkədən çıxarmaq qərarı verib. Bu barədə CNN məlumat yayıb.Qərara səbəb kimi İranın ən azı iki antisemit hücuma birbaşa aidiyyəti göstərilib. Avstraliya təhlükəsizlik və kəşfiyyat xidməti (ASIO) apardığı araşdırmada İran İslam İnqilabı Keşikçiləri Korpusunun 2024-cü ildə baş verən hadisələrlə əlaqəsini təsdiqləyib:Sidneyin Bondi rayonunda yerləşən yəhudi restoranı Lewis Continental Kitchen-ın yandırılması,Melburndakı Adass İsrael sinaqoquna hücum.Baş nazir Entoni Albanese bu insidentləri “xüsusi təhlükəli təcavüz aktları” adlandırıb və bildirib ki, səfir Əhməd Sadeqi və digər üç diplomat ölkəni yeddi gün ərzində tərk etməlidir.Albanese həmçinin İranı Yaxın Şərqdəki münaqişəni Avstraliyaya daşımaq, yəhudi icmasına zərər vurmaq və cəmiyyətdə qorxu, nifrət və parçalanma yaratmaq cəhdində ittiham edib.Bununla yanaşı, Avstraliya hökuməti Tehrandakı səfirliyini müvəqqəti bağlayıb və ölkə vətəndaşlarına İranı dərhal tərk etməyi tövsiyə edib.Ulusum.az

Diqqət Çəkənlər

Kolon xərçənginə qarşı yaşıl qalxan

Azərbaycanda xəyanət edənlər CƏRİMƏLƏNƏCƏK?

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Seçilən
33
17
ulusum.az

10Mənbələr