AZ

Bu mövzuda İsrail baş naziri ilə razıyam İranlı nazir

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İranın xarici işlər naziri Abbas Arakçı Avstraliya hökumətinin İran səfirini antisemitizm iddiası ilə ölkədən çıxarmasına reaksiya verib.

Axar.az xəbər verir ki, nazir bu barədə X sosial şəbəkə hesabında yazı paylaşıb.

“Axtarışda olan müharibə cinayətkarları ilə eyni cəbhədə dayanmaq adətim deyil, amma Netanyahu bir mövzuda haqlıdır ki, Avstraliyanın Baş naziri doğrudan da zəif bir siyasətçidir.

İran, dünyanın ən qədim yəhudi icmalarından birinə ev sahibliyi edir və ölkəmizdə onlarla sinaqoq mövcuddur. Avstraliyadakı belə yerlərə hücumlarda İranı günahlandırmaq mənasızdır. Biz öz ölkəmizdə bu yerləri qorumaq üçün əlimizdən gələni edirik.

İran Avstraliya xalqının Fələstinlə həmrəy olmasının bədəlini ödəyir. Kanberra anlamalıdır ki, müharibə cinayətkarlarının rəhbərlik etdiyi bir rejimi razı salmağa çalışmaq düzgün deyil. Belə addımlar Netanyahunu və onun kimilərini daha da cəsarətləndirəcək”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, Avstraliya Kanberradakı İran səfirini "arzuolunmaz şəxs" elan edib və ona, eləcə də daha üç İranlı diplomata ölkəni yeddi gün ərzində tərk etməyi əmr edib. Hətta, Avstraliya özünün Tehrandakı səfirlik fəaliyyətini də dayandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
1
axar.az

10Mənbələr