AZ

Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi inkişafını maksimal sürətlə gerçəkləşdiməyə xidmət edəcək - Fuad Nəcəfli

Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi inkişafını maksimal sürətlə gercəkləşdiməyə xidmət edəcək.

Trend xəbər verir k, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.

O qeyd edib ki, Bu gün biz inanırıq ki, Zəngəzur dəhlizi açıldıqda Naxçıvanın tarixi izolyasiyası bitəcək, muxtar respublika təkcə ölkəmizin deyil, bütövlükdə regionun iqtisadi yüksəlişində aparıcı rol oynayacaq.
İllərlə davam edən gərginlik və blokadadan sonra Azərbaycanın əsas hissəsi ilə birbaşa, fasiləsiz və təhlükəsiz nəqliyyat yolunun işə düşməsi Naxçıvan Muxtar Respublikası üçün yeni imkanların qapısını açır.
Yeni yollar, dəmiryolları, enerji xətləri və rəqəmsal bağlantının qurulması ilə Naxçıvan logistika mərkəzinə çevrilir. Bu həm də ticarət və turizm imkanlarının artmasına, yerli istehsalın ixrac potensialının güclənməsinə səbəb olacaq.


Vurğulanıb ki, Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi inkişafını maksimal sürətlə gercəkləşdiməyə xidmət edəcək. Açılacaq yollar ticarətin həcmini artıracaq, enerji və rəqəmsal kommunikasiya imkanlarını genişləndirəcək.

Eyni zamanda Zəngəzur dəhlizi təkcə kommunikasiya xətti deyil – o, Azərbaycanın iqtisadi, siyasi və geostrateji gücünü artıracaq yeni mərhələnin başlanğıcı olub bütövlükdə regionda sülh, sabitlik və əməkdaşlıq üçün qlobal əhəmiyyətə malikdir.

Zəngəzur və Naxçıvan məsələsi ilə yanaşı, ölkəmizin inkişaf gündəliyində bir sıra prioritet istiqamətlər də var. Bütün respublikada olduğu kimi Naxçıvan üçün də rəqəmsal və şəffaf idarəçiliyin, yəni – korrupsiyasız, vətəndaşa xidmət edən dövlət sisteminin inkişaf etdirilməsi, sosial rifah və məşğulluğun artırılıması – xüsusilə gənclərin dəstəklənməsi və yeni iş yerlərinin açılması, eləcə də ekoloji təhlükəsizlik sahəsində – su resurslarının qorunması, yaşıl enerji layihələrinin həyata keçirilməsi sahəsində fəaliyyət xüsusi önəm kəsb edir.

Seçilən
24
10
ekologiya.az

10Mənbələr