AZ

Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 2025-ci ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrünə nisbətən 60% artıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Rəsmi göstəricilərə əsasən:

  • 2024-cü ildə ikitərəfli ticarət dövriyyəsi 1,7 mlrd. ABŞ dolları təşkil edib;

  • İdxalın həcmi 1,6 mlrd., ixracın həcmi isə 135 mln. dollar olub;

  • 2023-cü illə müqayisədə ticarət dövriyyəsi 94% yüksəlib;

  • 2025-ci ilin I rübündə dövriyyə 593,7 mln. dollar olub (idxal – 555,6 mln., ixrac – 38 mln.).

ABŞ Azərbaycanın xarici ticarətində 2024-cü ildə 5-ci yeri tutub, idxalda 4-cü, ixracda isə 24-cü sırada qərarlaşıb.

Gülnar

Seçilən
12
1
anews.az

2Mənbələr