Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 2025-ci ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrünə nisbətən 60% artıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Rəsmi göstəricilərə əsasən:
-
2024-cü ildə ikitərəfli ticarət dövriyyəsi 1,7 mlrd. ABŞ dolları təşkil edib;
-
İdxalın həcmi 1,6 mlrd., ixracın həcmi isə 135 mln. dollar olub;
-
2023-cü illə müqayisədə ticarət dövriyyəsi 94% yüksəlib;
-
2025-ci ilin I rübündə dövriyyə 593,7 mln. dollar olub (idxal – 555,6 mln., ixrac – 38 mln.).
ABŞ Azərbaycanın xarici ticarətində 2024-cü ildə 5-ci yeri tutub, idxalda 4-cü, ixracda isə 24-cü sırada qərarlaşıb.
Gülnar