AZ

“Sədərək”dəki yanğınla bağlı bu maddə ilə cinayət işi başlanıldı

“Sədərək”​ Ticarət Mərkəzi ərazisində baş verən yanğınla bağlı cinayət işi başlanılıb.

Gundem.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İstintaq və Əməliyyat İdarəsində yanğının yaranma səbəbləri ilə bağlı araşdırma aparılır.

Hazırda yanğınla bağlı müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı FHN-də Cinayət Məcəlləsinin 225.1-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Seçilən
40
2
gundem.az

8Mənbələr