AZ

Azərbaycanda peşə təhsili müəssisələrinə qəbulun ikinci mərhələsinə start verilib

Azərbaycanda 2025/2026-cı tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbulun ikinci mərhələsinə avqustun 26-da start verilib. Bu barədə məlumatı Peşə Təhsili üzrə Dövlət Agentliyi yayıb.

Müraciətlər 2 sentyabr saat 18:00-dək portal.edu.az elektron platforması üzərindən qəbul olunur. Boş qalan yerlərə ümumi və ya tam orta təhsil bazasında sənəd təqdim etmiş şəxslər müraciət edə bilərlər.

Qurumdan verilən məlumata görə, birinci mərhələdə uğur qazanmayan və ya həmin mərhələdə iştirak etməyən şəxslər də ikinci mərhələdə seçim hüququna malikdir.

Peşə təhsil müəssisələrinə qəbul attestatda göstərilən müvafiq fənlər üzrə orta qiymətlər və ya buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən həyata keçirilir. Namizədlər maksimum beş ixtisas üzrə seçim edə bilərlər.

İyulun 22-dən avqustun 11-dək davam edən birinci mərhələdə 78 təhsil müəssisəsində 152 ixtisas üzrə 32 620 plan yeri təqdim olunub. Bu mərhələnin nəticələrinə əsasən, 17 540 nəfər sənədlərini qəbul olduqları müəssisələrə təqdim edib.

Azərbaycanda 2026-ci ilə kimi 28 min tələbənin peşə təhsilinə cəlb edilməsi nəzərdə tutulub.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov açıqlamasında söyləyib ki, 2026-ci ilə qədər Azərbaycanda 16 peşə məktəbi tikiləcək.

Həmin peşə məktəblərinin 8-nin Qarabağda tikilməsi nəzərdə tutulub. 

Gülnar 

Seçilən
8
1
anews.az

2Mənbələr