AZ

Mayonez olmadığı üçün kafeni yandırdı

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İspaniyada 50 yaşlı kişi kafeni yandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli Majorca Daily Bulletin qəzeti məlumat yayıb.

Məlumata görə, müştəri oğlu ilə birlikdə müəssisəyə gələrək iki sendviç sifariş edib. 

O, mayonez istəyəndə ofisiantlar bildiriblər ki, mayonez yoxdur. Kişi başqa bir işçiyə müraciətini təkrar etsə də, eyni cavabı alıb. 

Bundan sonra o, kafedən çıxaraq ən yaxın yanacaqdoldurma məntəqəsinə gedib və oradan 1,5 litrlik benzin şüşəsi alıb və az sonra geri qayıdıb.

Qayıtdıqdan sonra yenidən işçilərdən mayonez olub-olmadığını soruşub və imtina etdikdə restorana benzin tökərək yandırıb. 

Həmin vaxt müəssisə demək olar ki, tamamilə müştərilərlə dolu olub.

Yanğınsöndürənlərin köməkliyi ilə yanğın tez bir zamanda lokallaşdırılıb. 

Yalnız mebel və interyerin bir hissəsi zədələnib və dəyən ziyan təxminən 9500 dollar qiymətləndirilir. 

Ciddi xəsarətlərin qarşısı alınıb. Yalnız hücum edənin özü xəsarət alıb. Yanğın zamanı əlində yanıq xəsarəti alıb.

Polis hadisədən az sonra yanğın törədən şəxsi həbs edib. Hazırda o, məhkəmənin qərarını gözləyir.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
bakivaxti.az

1Mənbələr