AZ

“Marafon” Azərbaycan birinciliyinin qalibi oldu

Həvəskar futbolçular arasında təşkil olunmuş sayca 26-cı Azərbaycan birinciliyinin qalibi müəyyənləşib.

Arena.az xəbər verir ki, sözügedən turnir AFFA-nın dəstəyi və Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə baş tutub.

Bakı, Sumqayıt və müxtəlif rayonlardan ümumilikdə 43 komandanın qatıldığı ölkə birinciliyinin final oyununda “Marafon” İK və “Məhəllə Uşaqları” komandaları üz-üzə gəliblər.

Rəqibini 4:0 hesabı ilə məğlub edən “Marafon” İK çempion olub.

Üçüncü yer uğrunda görüşdə “Naftalan Gəncləri” üzərində 4:2 hesablı qələbə qazanan “Tərtər” bürünc mükafata yiyələnib.

Seçilən
24
11
arena.az

10Mənbələr