Bu ilin yanvar-iyun aylarında "Bakı Metropoliteni" QSC sərnişin daşınmasından 54 milyon 37 min manat gəlir əldə edib.
"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablamalar aparıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,7% çoxdur.
İlin birinci rübündə Bakı metrosu ilə 111 milyon 394 min sərnişin daşınıb. Bu isə illik müqayisədə 1,6% azdır.