AZ

Bakının bəzi hissələrində elektrik enerjisi olmayacaq

Bakı.Trend:

Binəqədi və Nərimanov rayonlarının bəzi hissələrində təmir-bərpaişləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasiləyaranacaq.

Trend xəbərverir ki, bu barədə Azerişıq ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyətgöstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmasıməqsədilə Binəqədi və Nərimanov Rayon Enerji Təchizatı və Satışıİdarələrinin (RETSİ) ərazilərində 26 avqust tarixində təmir-bərpaişləri həyata keçiriləcək.

Qeyd edilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dəkvə saat 14:00-dan 15:00-dək Binəqədidə 4 və 5-ci mikrorayonlarda,Mir Cəlal, 20 Yanvar küçələrində, Nərimanovda Xan Şuşinski küçəsi,Ziya Bünyadov küçəsinin bir hissəsi, Xutor yaşayış massivinin bəziyerlərində elektrik enerjisinin verilişində məhdudiyyətyaranacaq.

Məlumatda deyilir ki, təmir-bərpa işləri başa çatdıqdan sonrasözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təminolunacaq.

Seçilən
100
34
az.trend.az

10Mənbələr