AZ

Elvin Yunuszadə: “Qarabağ”la matç bizim üçün gözəl sınaq olacaq” MÜSAHİBƏ

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Karvan-Yevlax"ın futbolçusu Elvin Yunuszadənin Sport24.az-a müsahibəsi- Misli Premyer Liqasının II turunda "Kəpəz"i 3:2 hesabı ilə məğlub etdiniz. Oyunla bağlı nə deyə bilərsən?- ⁠Matçın bizim üçün çətin olacağını bilirdik. Gözlədiyimiz kimi də alındı. Rəqibi təhlil etmişdik. Üstün tərəflərini bilirdik. Əsas odur ki, üç xal qazana bildik. - Oyunun sonlarında əvəzləndin. Durumun necədir?- ⁠Ciddi bir şey yoxdur. Həkim dedi ki, risk etməyək. Davam etsəydim, əzələ dartıla və ya daha ciddi nəsə ola bilərdi. Qarşılaşmanın bitməyinə də 3-4 dəqiqə qalmışdı. Ciddi zədəm yoxdur. - İki oyuna dörd xal qazanmısınız. Belə nəticə gözləyirdin?- ⁠Bu, pis nəticə deyil. Amma çempionat hələ təzə başlayıb. Bizi uzun marafon gözləyir. Bu, hələ heç bir şey demək deyil. "Kəpəz"lə görüşü yaddan çıxartmalı və növbəti matçlara köklənməliyik. - Üçüncü turda çempion "Qarabağ"la üz-üzə gələcəksiniz. Bu dəfə hansı nəticəyə ümid edirsiniz?- ⁠Bu oyuna da ciddi hazırlaşacağıq. Bu matç bizim üçün gözəl sınaq olacaq. Yaxşı və çatışmayan tərəflərimizi görəcəyik. - Xal qazana bilərsiniz?- ⁠Nəticə ilə bağlı nəsə demək çətindir. Bu, futboldur. Nələrin baş verəcəyini bilmək olmur. Heç kim II turda "Sumqayıt"ın "Qarabağ"ı məğlub edəcəyini gözləmirdi. - İki tura nəzər salsaq, komandanızın cari mövsümdəki hədəflərini necə görürsən?- ⁠Əsas olan odur ki, çempionatda qalmalıyıq. Bunun üçün mübarizə aparmalıyıq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
sport24.az

2Mənbələr