AZ

“Zəngəzur dəhlizi”nin əsas elementlərindən olan ” Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin tikintisi başladı – Ərdoğandan açıqlam

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Zəngəzur dəhlizinin əsas elementinə çevriləcək” Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin tikintisinə başlandığını bəyan edib,

 Missiya.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan açıqlamasında layihənin Cənubi Qafqaz üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ərdoğan qeyd edib ki, 2,4 milyard avroluq xəttin istifadəyə verilməsi Çindən Böyük Britaniyaya gedən beynəlxalq ticarət yolunun səmərəliliyini artıracaq. Layihə Xəzər və Aralıq dənizi hövzələrini birləşdirəcək ki, bu da Türkiyənin şərq və cənub-şərq bölgələrinin istehsal və ixrac imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək, həmçinin nəqliyyat infrastrukturunu yaxşılaşdıracaq.

 

“Layihənin bütün elementlərinin həyata keçirilməsi ilə Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni ölçü əldə edəcək”, - deyən Ərdoğan layihənin başa çatmasının regional inkişafa güclü təkan verəcəyini bildirib. O, 224 km-lik dəmir yolunun regionda əlaqələrin möhkəmləndirilməsi və rifahı yolunda mühüm addım olacağına ümid etdiyini bildirib.

 

Elcan

Missiya.Az

Seçilən
30
2
missiya.az

3Mənbələr