AZ

Qazaxıstan Prezidenti Çinə səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə avqustun 30-dan sentyabrın 3-dək Çində səfərdə olacaq. 

Missiya.Az xəbər verir ki, bu barədə “Kazinform” agentliyi məlumat yayıb.

Səfər çərçivəsində Qazaxıstan-Çin hərtərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsi perspektivləri müzakirə ediləcək.

Eyni zamanda, Qazaxıstan lideri 31 avqust - 1 sentyabr tarixlərində Tyantsizdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və "ŞƏT Plus" toplantısında iştirak edəcək. 

Sentyabrın 2-də isə Tokayev Qazaxıstan-Çin Biznes Şurasının iclasında çıxış edəcək və Çinin iri şirkətlərinin rəhbərləri ilə danışıqlar aparacaq. 

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
13
15
missiya.az

10Mənbələr