AZ

Tokayev Çinə gedir

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Çin Xalq Respublikasının Sədri Si Szinpinin dəvəti ilə 30 avqust – 3 sentyabr tarixlərində bu ölkəyə səfər edəcək.

KONKRET.az xəbər verir ki, səfər çərçivəsində ali səviyyəli danışıqlar keçiriləcək və bu danışıqlarda Qazaxıstan-Çin hərtərəfli strateji tərəfdaşlığının gücləndirilməsi perspektivləri müzakirə olunacaq.

“31 avqust – 1 sentyabr tarixlərində Qazaxıstan Prezidenti Tyantszində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və “ŞƏT plus” iclasında iştirak edəcək”, – məlumatda qeyd olunur.

Bundan əlavə, sentyabrın 2-də Tokayev Pekində “Qazaxıstan – Çin” İşgüzar Şurasının iclasında çıxış edəcək və böyük Çin şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Seçilən
4
15
konkret.az

10Mənbələr