"SpaceX" daşıyıcı raketin buraxılışını ləğv edib
ABŞ-nin "SpaceX" şirkəti "Starship" kosmik gəmisinin prototipini 10-cu sınaq uçuşuna göndərəcək daşıyıcı raketin buraxılışını ləğv edib.
Demokrat.az xəbər verir ki, bu barədə məlumat "SpaceX"in "X" hesabında dərc edilib.
Qeyd olunur ki, buraxılışın ləğvi əlverişsiz hava şəraiti ilə bağlıdır.