AZ

Dünyanın ən yaşlı qadını 116 yaşını qeyd edib

İngiltərədən olan Etel Katerhem uzun ömrünün sirrini bölüşməyib...

Poliqon xəbər verir ki, dünyanın ən yaşlı insanı hesab edilən ingilis qadın Etel Katerhem bu həftə 116-cı ad gününü qeyd edib. Bild yazır ki, Etel Katerhem 1909-cu il avqustun 21-də Şipton-Bellincer kəndində anadan olub.

Gənclik illərində Hindistana gedərək qubernator ailəsində müəllimə kimi çalışıb. 1933-cü ildə Böyük Britaniya Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı olmuş Norman Katerhem ilə ailə həyatı qurub. Cütlük bir müddət Honkonq və Cəbəllütariqdə yaşayıb, onların iki qızı dünyaya gəlib. 1976-cı ildə ərini itirən Etel hazırda dünyanın ən yaşlı insanı kimi tanınır.

Mütəxəssislərin sözlərinə görə, 100 ildən artıq ömür sürən insanların sayı getdikcə artır. Qeyd edək ki, tarixdə ən yaşlı insan Fransadan olan Janna Luiza Kalman hesab olunur. O, 1997-ci ildə 122 il 164 günlük ömrünü başa vurub.

Poliqon.info

Seçilən
42
2
poliqon.info

10Mənbələr