AZ

Ərdoğan: Türkiyə terror probleminin aradan qaldırılması yolunda qətiyyətli addımlar atmağa davam edəcək

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Ankara, 26 avqust, AZƏRTAC

Türkiyə terror probleminin tamamilə aradan qaldırılması istiqamətində qətiyyətli addımlar atmağa davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Bitlis vilayətinin Ahlat rayonunda Malazgirt döyüşündəki zəfərin 954-cü ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.

Onun sözlərinə görə, bu gün “Terrorsuz Türkiyə” təşəbbüsünün həyata keçirilməsinə dair səylərin “son xəttinə” nail olunub.

“Tarix türklərin, kürdlərin və ərəblərin ortaq məqsəd naminə birləşərək əldə etdikləri qələbə və nailiyyətlərin nümunələri ilə doludur”, - deyə Ərdoğan bildirib.

Türkiyə lideri Malazgirt döyüşünü “Türk xalqının hərb tarixinin ən şanlı səhifələrindən biri” adlandırıb. Ahlat türklərin bu torpaqlarda əbədi varlığının simvoludur”, - deyə o vurğulayıb.

Siyasətçi Türkiyənin parlaq gələcəyinə aparan addımların uğurlu olacağına əminliyini ifadə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
57
3
azertag.az

4Mənbələr